Suriyanın Tehrandakı səfirliyi fəaliyyətini dayandırıb

İranın paytaxtı Tehranda Suriyanın səfirliyi fəaliyyətini dayandırıb.

Bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, diplomatik missiyanın fəaliyyətini dayandırmasına səbəb Suriyadakı hadisələr göstərilir.

Məlumata görə, səfirliyin binası qarşısında lövhə hələ də asılı qalır. Ancaq binanın üzərində heç bir bayraq asılmayıb. Səfirliyin ərazisi asayiş keşikçiləri tərəfndən qorunur.

Qeyd edək ki, Suriyanın Rusiyadakı səfirliyi əvvəlki rejimdə fəaliyyətini davam etdirir. Binanın üzərindən isə Bəşşar Əsəd hakimiyyətindən qalma bayrağı yenisi – qara, ağ və yaşıl rəngli bayraq əvəz edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]