Sabah Xocalıya növbəti köç olacaq – 119 nəfər doğma yurduna qayıdır 

A VPN is an essential component of IT security, whether you’re just starting a business or are already up and running. Most business interactions and transactions happen online and VPN

Xocalı rayonunun Ballıca kəndinə ikinci köç olacaq.

Köç sabah – dekabrın 27-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində baş tutacaq. Sabah Ballıca kəndinə 21 ailənin yəni 119 nəfərin köçürülməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər 32 ildən sonra ilk dəfə olaraq hər iki bayramı öz doğma torpaqlarında qeyd edəcəklər. 

Böyük qayıdışla bağlı kənddə bütün infrastruktur yenidən qurulub. Kənd elektrik enerjisi, içməli su, təbii qaz və sürətli internetlə təmin olunub.

Ölkənin müxtəlif ərazilərində çətin şəraitdə  müvəqqəti məskunlaşan keçmiş məcburi köçkünlər kəndə yola salınacaq. 

Qeyd edək ki, Ballıca kəndi 1992-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilib. Kənd 19-20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatı nəticəsində azad olunub.

Xatırladaq ki, artıq 27 ailə – 152 nəfər Xocalı rayonunun Ballıca kəndinə köçürülüb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]