Monteneqro hökuməti kütləvi atışmadan sonra silah əldə etməyə qadağanı müzakirə edəcək

Monteneqro hökuməti Milli Təhlükəsizlik Şurasının iclasında Çetinye şəhərindəki kütləvi atışma fonunda ölkədə silah əldə etməyə tam qadağanın tətbiq edilməsi imkanını müzakirə edəcək.

Bu barədə ölkənin Baş naziri Miloyko Spaiçin bəyanatında deyilir.

“Bu, hamımızı sarsıdan dəhşətli faciədir. Bütün mövcud bölmələr Çetinyedədir və günahkarı axtarır. Ümid edirəm ki, həkimlər ağır vəziyyətdə olan yaralıların həyatını xilas edəcəklər. Biz həmçinin Milli Təhlükəsizlik Şurasının iclasını keçirərək bir çox variantları, o cümlədən silah əldə etmənin tam qadağan olunmasını nəzərdən keçirəcəyik”, – bəyanatda bildirilib.

Monteneqro hökuməti 2, 3 və 4 yanvar tarixlərini matəm günləri elan etməklə bağlı qərar qəbul edib və bələdiyyələri 1 yanvar axşamına planlaşdırılan çıxış və konsertləri ləğv etməyə çağırıb. “İctimai yerlərdə kütləvi, mədəni və əyləncəli tədbirlər keçirilməyəcək, iaşə müəssisələrində musiqi səsləndirilməyəcək. Elektron və digər kütləvi informasiya vasitələri öz proqramlarını matəm günlərinə uyğunlaşdırmalıdır”, – Nazirlər Kabinetinin mətbuat xidməti qeyd edib.

Xatırladaq ki, Monteneqronun Çetinye şəhərində atəş açaraq ən azı 10 nəfəri, o cümlədən 2 yetkinlik yaşına çatmayan şəxsi öldürən cinayətkar intihar cəhdindən sonra ölüb.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]