Aktauda qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı son hesabat nə zaman açıqlanacaq?

Qazaxıstanda 2024-cü ilin dekabr ayının sonunda baş vermiş “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus təyyarə qəzasının araşdırılması ilə bağlı yekun hesabat ən geci üç ildən sonra təsdiqlənəcək.

Bu barədə respublikanın Nəqliyyat Nazirliyindən məlumat verilib.

“25 dekabr 2024-cü il tarixində “Azərbaycan Hava Yolları” QSC-nin istismarında olan 4K-AZ65 dövlət nömrə nişanlı “Embraer E190AR” təyyarəsinin qəzaya uğraması ilə bağlı təhqiqat Qazaxıstan Respublikasının investisiyalar və inkişaf nazirinin 27 iyul 2017-ci il tarixli, 505 nömrəli əmrinə uyğun olaraq həyata keçirilir. Əmrin 32-ci bəndinə uyğun olaraq, insan ölümü ilə nəticələnən aviasiya qəzasının təhqiqatının müddəti komissiya yaradıldığı andan təhqiqatın nəticələrinə dair yekun hesabatın təsdiq edildiyi tarixə qədər, bir qayda olaraq, əlavə araşdırma tələb olunmadığı halda, 36 aydan çox çəkmir”, – deyə qurumdan qeyd edilib.

Eyni zamanda, istintaq komissiyasının üzvü, Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev 2024-cü il dekabrın 30-da “Kazinform” agentliyinə müsahibəsində bildirib ki, təhqiqatın ilkin və ya aralıq nəticələri 30 gün ərzində hazır olacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]