Fransalı nazir: 2024-cü ildə ölkədə doqquz terror aktının qarşısı alınıb

Fransa xüsusi xidmət orqanları respublika ərazisində planlaşdırılan doqquz terror hücumunun qarşısını alıb.

Bu barədə Fransanın daxili işlər naziri Bruno Retayo “Le Parisien” qəzetinə müsahibəsində bildirib.

“Təhlükə heç vaxt bu qədər real olmayıb. 2024-cü ildə xüsusi xidmət orqanlarımız ölkə ərazisində islamçılar tərəfindən törədilməsi planlaşdırılan ən azı doqquz terror aktının qarşısını alıb, onlardan üçünün bilavasitə Olimpiya Oyunları zamanı törədilməsi nəzərdə tutulmuşdu. Bu, 2017-ci ildən bəri qarşısı alınan terror aktları üzrə ən yüksək göstəricidir”, – o qeyd edib.

Nazir radikal islamçılara qarşı mübarizəni sərtləşdirmək niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, bu kontekstdə terrorla bağlı maddələrlə cəza çəkdikdən sonra azadlığa çıxan vətəndaşlar böyük təhlükə yaradır: “2024-cü ildə belə şəxslərin sayı 84 nəfər olub, 2025-ci ildə isə 60-dan çox olacağı gözlənilir”.

B.Retayo onların radikal ideyalardan imtina etdiyinə inanmadığını vurğulayıb və bu şəxslərin fərdi müşahidə altında saxlanılacağına söz verib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]