SİMA həmin mesajlarla bağlı açıqlama yaydı

Bu gün SİMA İmza istifadəçilərinə səhvən bildirişlər gedib. Bu barədə vətəndaşlar sosial şəbəkələrdə paylaşımlar ediblər. Bəziləri hətta bildiriş mesajlarının bir neçə dəfə gəldiyini qeyd ediblər. 

Yenixeber.org xəbər verir ki, məsələ ilə bağlı SİMA açıqlama yayıb.

Bildirilib ki, bu hal səhvən baş verib: “Hörmətli SİMA İmza istifadəçiləri, nəzərinizə çatdıraq ki, SİMA İmza tətbiqində bildiriş funksionallığının təkmilləşdirilməsi ilə bağlı bir sıra dəyişikliklər həyata keçirilir. Təkmilləşdirmə prosesi çərçivəsində bəzi istifadəçilərə səhvən test məqsədli bildirişlər göndərilib. Yaranmış narahatlıq üçün üzr istəyirik”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]