Litva Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsinə dəstək verməyə hazırdır

Litva Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsinə dəstək verməyə hər zaman hazırdır.

Bunu Litvanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kestutis Vaşkeleviçus Prezident İlham Əliyevə etimadnaməsini təqdim edərkən deyib.

Azərbaycan-Litva əlaqələrinin tarixində hər iki ölkənin və xalqlarının bir-birinin müstəqilliyini, azadlığını dəstəkləməsinin əhəmiyyətini qeyd edən səfir bunun rəmzi məna daşıdığını deyib.

O, Azərbaycanın və Litvanın XX əsrin sonlarında müstəqil olmasından sonra ikitərəfli münasibətlərimizdə böyük inkişafa nail olunduğunu vurğulayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]