“2024-cü ildə Azərbaycan neftinin orta ixrac qiyməti bəlli olub”

2024-cü il ərzində dünya bazarlarında “Azeri Light” (CIF) markalı neftin 1 barelinin orta illik ixrac qiyməti bəlli olub.

“APA-Economics”in apardığı hesablamalara görə, ötən il ərzində Azərbaycan neftinin orta qiyməti 82.87 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr ayları ərzində ərzində ən yüksək göstərici, 94.73 ABŞ dolları təşkil edib, ən minimal göstərici isə 71.87 ABŞ dolları səviyyəsində olub.

Xatırladaq ki, ötən il Azərbaycanın dövlət büdcəsində bir barel neftin orta illik ixrac qiyməti 75 ABŞ dollarından hesablanmışdı. Cari il isə xam neftin bir barrelinin orta illik ixrac qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]