KİV: Fidan Suriya üzrə görüşdə sanksiyaların ləğvini istəyəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 12-də Ər-Riyadda keçirilməsi planlaşdırılan Suriya üzrə beynəlxalq görüşdə Dəməşqə qarşı həyati əhəmiyyətli sahələrdə tətbiq edilən sanksiyaların ləğvinin zəruriliyini açıqlamaq niyyətindədir.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki (XİN) mənbə məlumat verib.

“Gözlənilir ki, nazir görüşdə Suriyaya qarşı həyati əhəmiyyətli sahələrə tətbiq edilən sanksiyaların ləğvi məsələsində dəstəyini ifadə edəcək. O, həmçinin Suriyanın bərpası üçün sistemli və ardıcıl tədbirlərin görülməsi və onların həyata keçirilməsi tempinin azaldılmamasının vacibliyini qeyd edəcək”, – mənbə bildirib.

Bundan əlavə, Türkiyənin XİN başçısı Suriyanın bərpası məqsədinə nail olmağın mühüm elementi kimi ərəb respublikasının “ərazi bütövlüyü və birliyi prinsipinə riayət edilməsini” təsdiqləmək niyyətindədir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]