Gürcüstanda Azərbaycanla iqtisadi əməkdaşlıq müzakirə olunub

Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə görüşüb.

Görüş zamanı tərəflər iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.

“Kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sahəsində səmərəli və uğurlu əməkdaşlığımızın əsasında ölkələrimiz arasında mövcud olan tarixi dostluq münasibətləri dayanır”, – deyə D.Sonqulaşvili bildirib.

Azərbaycan səfiri nazirə yeni vəzifəsində uğurlar arzulayıb.

“Ətraf mühitin qorunması və kənd təsərrüfatı bizim üçün əməkdaşlığın maraqlı sahələridir. Düşünürəm ki, birgə bir çox qarşılıqlı maraq doğuran layihələri həyata keçirəcəyik”, – F.Quliyev vurğulayıb.(Report”)

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]