Gələn il 28 min tələbənin peşə təhsili müəssisələrinə cəlb edilməsi planlaşdırılır

“2026-cı ilə qədər təxminən 28 min tələbənin peşə təhsili müəssisələrinə cəlb edilməsi planlaşdırılır”.

Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədri Ceyhun Kərəmov “Peşə təhsilverəni: Yeni çağırışlar və perspektivlər” mövzusunda konfransda çıxışı zamanı deyib.

“Bu tədris ilində peşə təhsili müəssisələrinə 25 minə yaxın tələbə qəbul edilmişdir ki, bu da son 10 ilin ən yüksək göstəricisidir. Əhatəliliklə bağlı hədəf davam edir və 2026-cı ilə qədər təxminən 28 min tələbənin peşə təhsili müəssisələrinə cəlb edilməsi planlaşdırılır.

Əhatəliliyin artırılması üçün bir çox şərtlər mövcuddur və bu şərtlərdən ən vacibi siyasi iradədir. Bu istiqamətdə ölkə başçısının peşə təhsilinin inkişafı ilə bağlı konkret hədəfləri mövcuddur. Bu hədəflər çərçivəsində peşə təhsilinin infrastrukturunun müasirləşdirilməsi və təkmilləşdirilməsi mühüm yer tutur”, – o bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]