Paşinyan: Ermənistan Aİİ-də özünü yaxşı hiss edir

Ermənistan Avrasiya İqtisadi İttifaqında (Aİİ) özünü yaxşı hiss edir.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

Baş nazirin sözlərinə görə, bunu rəqəmlər sübut edir.

“Lakin eyni zamanda, erməni xalqının bir hissəsinin Ermənistanın gələcəyi üçün variantlar formalaşdırmaq istəyini görməzdən gələ bilmərik”, – o bildirib.

N.Paşinyan qeyd edib ki, ölkə balanslaşdırılmış xarici siyasət yürüdür.

Daha əvvəl Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirmişdi ki, Avropa ölkələri ilə bazarların açılması Ermənistan üçün Aİİ ölkələri ilə bazarların bağlanması deməkdir.

O, həmçinin qeyd edib ki, Ermənistanın Aİİ ölkələri ilə ticarəti ötən il 12 milyard dollar təşkil edib ki, bu da Ermənistanın Avropa İttifaqı ilə ticarət həcmindən dəfələrlə çoxdur.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]