Spikerdən Aqil Abbasa irad: “Bu, parlament sözüdür?”

Milli Məclisin deputatı Aqil Abbas həmkarı Musa Quliyevin həkimlərlə bağlı təklifinə münasibət bildirib. 

O bildirib ki, Reklam haqqında qanuna dəyişiklik yaz sessiyasının işlər planına salınmalıdır.

“Mənfur Sovet dövründə mən qəzetdə işləyəndə adicə həkim haqda xoş söz demək olmazdı. Bu gün televiziyalarda əsas gəlir gətirən arvad boğuşması və həkimlərin, dərmanların reklamıdır. “Mercedes”in reklamı özüdür. Əhliman müəllimin, Rəşid müəllimin reklamları özüdür. Amma indi hansısa adamlar haradasa gedib peşə kursu keçir, yaxud Türkiyədə “uzman” adı alır, gəlir və özünü reklam edirlər. Aralarında savadlıları da var. Amma həkimin reklamı qadağan olunmalıdır. Düzdür, bu özəl televiziyalara ziyan vuracaq. Çünki onların qazancı arvad boğuşmasından, həkim reklamından gəlir”, – o qeyd edib.

Milli Məclisin spikeri Sahibə Qafarova Aqil Abbasa irad bildirib. “Arvad boğuşması, arvad davası, bu, parlament sözüdür?”

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]