Qazaxıstanlı nazir: Yaxın günlərdə Aktau yaxınlığındakı təyyarə qəzası ilə bağlı ilkin nəticələr açıqlanacaq

Aktau yaxınlığındakı təyyarə qəzası ilə bağlı ilkin nəticələr yaxın günlərdə açıqlanacaq.

Yenixeber.org xəbər verir ki, bu barədə ölkənin nəqliyyat naziri Marat Karabayev brifinqdə bildirib.

Onun sözlərinə görə, müxtəlif ölkələrdən olan mütəxəssislərin birgə işi son mərhələyə çatıb.

“Mütəxəssislər səylə çalışırlar. Biz bundan əvvəl də danışmışdıq ki, Azərbaycan Respublikası, Rusiya Federasiyası, Braziliya və ICAO-dan beynəlxalq mütəxəssislər cəlb olunub. Gözləyirik ki, yaxın günlərdə ilkin hesabat rəsmi olaraq saytımızda dərc ediləcək.

Mütəxəssislərə işlərini tamamlamaq üçün vaxt lazımdır. Bu, zəhmət tələb edən işdir”, – o qeyd edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]