“Traktor”- “Persepolis” oyununda qarışıqlıq salmaqda şübhəli bilinən iki qadın həbs edilib

İranda Təbrizin “Traktor” və Tehranın “Persepolis” futbol klubları arasında yanvarın 26-da keçirilən oyunda iğtişaş yaratmaqda şübhəli bilinən iki qadın tamaşaçı həbs edilib.

Məlumatı İRNA yayıb.

Müşahidəçilərin sözlərinə görə, həbs edilən iki qadının hansı komandanın tərəfdarı olduğu ilə bağlı məlumat yayılmayıb. Bundan başqa, iğtişaş yaradaraq azərbaycanlıları təhqir edənlərin sayının iki nəfərdən çox olduğu da bildirilib.

Tehranda keçirilən bu oyun “Persepolis”in 2:0 üstünlüyü ilə başa çatıb. “Azadi” adına stadiona toplaşan Tehran komandasının azarkeşləri “Traktor”un oyunçularına yad cisimlər atıb, onları təhqir ediblər. Bundan başqa, klubun azarkeşləri Azərbaycan türklərinə qarşı şüarlar səsləndirib, təhqiredici ifadələr işlədib, Təbriz komandasının tərəfdarlarına hücum ediblər. Hadisə nəticəsində “Traktor”un 33 tərəfdarı xəsarət alıb.

İran Prezidenti Məsud Pezeşkian baş verən hadisənin “qəbuledilməz” olduğunu bildirib, hadisə ilə bağlı idman və gənclər naziri Əhməd Dünyamalı tapşırıq verəcəyini deyib. O vurğulayıb ki, bu kimi hallara qarşı sərt tədbir görülməsə, daha şiddətli hadisələr baş verə bilər.

Əhməd Dünyamalı oyun zamanı baş vermiş hadisə ilə bağlı müşavirə keçirib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]