Papuaşvili: ABŞ administrasiyasının xarici yardımlardan sui-istifadə ilə bağlı ifşaları bizim üçün siqnaldır

ABŞ-nin yeni administrasiyasının xarici yardımlardan sui-istifadə ilə bağlı son ifşaları Gürcüstan üçün siqnaldır.

Bunu ölkə parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, növbəti iki ay ərzində demokratiyanın gücləndirilməsi, dezinformasiyaya qarşı mübarizə və dövlət institutlarının fəaliyyətində xarici müdaxilələrin məhdudlaşdırılması məqsədilə qanunvericilikdə dəyişikliklər üzərində iş aparılacaq.

“Məlum oldu ki, bəzi xarici təşkilatlar öz maraqlarını yeritmək üçün maliyyə vəsaitlərindən istifadə edir. Hətta bəzi beynəlxalq media qurumlarının belə bu məqsədlə maliyyələşdirildiyi ortaya çıxdı”, – deyə Papuaşvili qeyd edib.

O əlavə edib ki, bu vəziyyət qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı konkret addımlar atmağa ehtiyac yaradır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]