Nazir: Qadınların təhsil səviyyəsinin artırılması önəmlidir

Qadınların təhsil səviyyəsinin artırılması önəmlidir.

Bunu elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının illik qlobal hesabatının təqdimatında “Orta gəlir tələsindən yayınmaq: Azərbaycan üçün dərslər” adlı panel sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, PISA-nın (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) nəticələrinə əsasən demək olar ki, oxuma qabiliyyəti baxımından 10 yaşına çatan qızların nəticələri daha yüksəkdir, lakin sonrakı yaşlarda isə təhsil göstəriciləri azalır.

E.Əmrullayev xatırladıb ki, bu gün Azərbaycanda təhsillə əhatəlilik 99 %-dən yüksəkdir:

“PISA nəticələrinə baxsaq, əsas məsələ keyfiyyətə nəzarətin gücləndirilməsidir. Erkən uşaqlıq dövründə təhsillə əlaqəli praktika çox önəmlidir. Bir çox hallarda fərqli siyasətlər qəbul edilərək qısamüddətli kurslarla çox çevik nəticələr əldə edilməsinə çalışılır. Lakin təcrübələr göstərir ki, yaxşı nəticə üçün uzun müddət lazımdır”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]