Əfqanıstanda terrorçu-kamikadze partlayış törədib, 5 nəfər ölüb


Əfqanıstanın şimal-şərqində yerləşən Kunduz əyalətində “Kabul Bank”ın şöbəsi yaxınlığında terrorçu-kamikadze tərəfindən törədilən terror aktı nəticəsində ən azı beş nəfər ölüb.

Partlayış səhər saat 08:35-də baş verib. Qurbanlar arasında bankın mühafizəçisi, eləcə də mülki şəxslər və “Taliban” hərəkatının üzvləri də daxil olmaqla dörd nəfər var. Bundan başqa, yeddi nəfər yaralanıb.

Əyalət polisinin nümayəndəsi qeyd edib ki, hələ heç bir terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürməyib. Hakimiyyət orqanları hadisəni araşdırmağa davam edir.

Xatırladaq ki, “İslam dövləti”nin Əfqanıstan bölməsinin yaraqlıları “Taliban”ın 2021-ci ildə hakimiyyətə qayıtmasından sonra taliblərə qarşı mübarizə aparırlar.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]