Talqat Lastayev: AZAL-a məxsus təyyarənin qəzası ilə bağlı texniki ekspertizalar aparılır

 AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmalar çərçivəsində mütəxəssislər texniki ekspertizalar aparır, hökumət orqanları onların nəticələrini gözləyir.

Bunu Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev bildirib.

“Hazırda ekspertizalar aparılır. Müəyyən texniki ekspertizalar vaxt aparır. Biz onların nəticələrini gözləyirik”, – o deyib və əlavə edib ki, təyyarə qəzasını araşdıran müxtəlif ölkələrdən olan ekspertlər bir-biri ilə daim əlaqə saxlayırlar.

Lastayev qeyd edib ki, Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı ilkin hesabatda əks olunmuş məlumatdan artıq artıq şərh verə bilməz. O, təyyarə qəzasının araşdırılması üzrə komissiyanın bu ilin sonuna qədər təqdim ediləcək yekun hesabatını gözləməyi xahiş edib.

“Düşünürəm ki, bu iş çərçivəsində heç bir sirr yoxdur. Bu qəzanın araşdırılmasına görə məsul olan ölkə kimi, bizim üçün məhz obyektivlik və şəffaflıq ön plandadır. Bu, gələcəkdə belə vəziyyətlərin təkrarlanmaması üçün araşdırmanın aparılması zaman rəhbər tutulan prinsiplərdir”, – nazir müavini qeyd edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]