ABŞ Prezidentinin xüsusi nümayəndəsi: Zelenski cəsur liderdir

ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloq Ukrayna rəhbərliyi ilə müzakirələri müsbət adlandırıb.

Bu barədə Kelloq “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

O, Kiyevdə Ukraynanın ali rəhbərliyi ilə uzun və dolğun gün keçirdiyini bildirib.

“Müharibə şəraitində olan ölkənin mübariz və cəsur lideri Volodimir Zelenski və onun milli təhlükəsizlik üzrə istedadlı komandası ilə geniş və müsbət müzakirələr apardıq”, – xüsusi nümayəndə qeyd edib.

Xatırladaq ki, fevralın 19-da K.Kelloqun Ukraynaya səfəri başlayıb. O, həmin gün Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski, həmçinin xüsusi xidmət və kəşfiyyat orqanlarının rəhbərləri ilə görüşüb.

Fevralın 20-də K.Kelloq V.Zelenski ilə danışıqlar aparıb. Ukrayna liderinin sözlərinə görə, görüşdə cəbhədəki vəziyyət və Kiyev üçün təhlükəsizlik təminatları müzakirə olunub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]