Kolumbiyada yük maşını dərəyə aşıb, 8 əsgər ölüb

Kolumbiyanın cənub-qərbində yük maşınının dərəyə aşması nəticəsində 8 əsgər həlak olub, 16-sı isə yaralanıb.

Bu barədə ölkə prezidenti Qustavo Petro məlumat verib.

“Narinyoda yol qəzasında ölkəmizə və Kolumbiya xalqına xidmət edən 8 əsgər həlak olub. Bu çox üzücü hadisədir və ölənlərin yaxınlarına başsağlığı verirəm”, – deyə o qeyd edib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, 100 metr hündürlükdən düşən yük maşınında 36 əsgər olub. Qəzanın səbəbləri hələ müəyyən edilməyib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]