DYP-dən səfərə çıxan sürücülərə MÜRACİƏT

Sinoptiklərin məlumatına əsasən əlverişsiz hava şəraitinin martın 2-dək davam edəcəyi, sulu qar, qar yağacağı, yolların buz bağlayacağı gözlənilir.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin səfərə çıxan sürücülərə müraciətində qeyd edilib.

Bildirilib ki, Ötən həftədən yağan qarın yollarda yaratdığı çətinliklər fonunda qeyri-sabit hava şəraitinin davam etməsi hərəkəti iştirakçılarından daha da ehtiyatlı olmağı tələb edir.

“DYP əməkdaşları aidiyyəti qurumlarla birgə qarın yollarda yaratdığı fəsadların aradan qaldırılması, hərəkət iştirakçılarının təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində zəruri tədbirlər görür.

Bununla yanaşı, Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu avtomagistrallarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərdən yolların buz bağlama ehtimalını unutmamağı, səfərlərini mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı, texniki-təhlükəsizlik baxımından yararsız, mövsümə uyğun təchiz edilməmiş avtomobillərlə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi, sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən daha təhlükəsiz marşurutlar üzrə hərəkətə üstünlük verməyi xahiş edir”,- deyə müraciətdə qeyd edilib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]