Azərbaycanlı alim həll etdiyi tənliyin aviasiyada və digər sahələrdə istifadə oluna biləcəyini açıqlayıb

“Navye Stoks bərabərliyi” tənliyinin həlli aviasiyada və digər bir çox sahələrdə istifadə oluna bilər.

Bu barədə azərbaycanlı professor Kamal Sultanov AMEA-da tənliklə bağlı keçirilən təqdimatda məlumat verib.

Onun sözlərinə görə, uun uzun illərdir həlli tapılmayan “Navye Stoks bərabərliyi” tənliyinin həlli haqqında məqaləsi “Springer” beynəlxalq elmi jurnalında çap edilib:

“Təxminən 40 ildən çoxdur “Navye Stoks bərabərliyi” tənlikləri üçün qoyulmuş “Dirixle” məsələsinin zəif həllərinin yeganəliyi üzərində işləyirdim. Araşdırmada ilk dəfə olaraq cırlaşmanın olduğunu qəbul edərək həllin mümkünlüyü və həllər sinfini müəyyən etdim. Burada əldə edilən nəticə NASA tərəfindən istifadə edilib”.

K.Sultanov bildirib ki, 2015-ci ildə bu problemi həll etdiyini anlayıb və əldə etdiyi nəticəyə əsaslanaraq məqalə hazırlayıb, “arxiv.org” saytına yerləşdirib:

“Bu problemi həll etmək üçün tamamilə fərqli bir metoddan istifadə etdim. Bu yanaşma, adətən, yeganəliyin göstərilməsi üçün tətbiq olunan metodlardan köklü şəkildə fərqlənir. 2020-ci ildə bununla bağlı hazırladığım məqaləni dünyada bu tənlikləri araşdıran alimlərin hamısına və reytinqi yüksək olan bütün jurnallara ardıcıl şəkildə göndərdim. 2024-ci ilin payızında məqaləm çap olundu”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]