Dünya Kubokunda qızıl medal qazanan Azərbaycan gimnastı: “Los-Ancelesdə keçiriləcək olimpiadanın qalibi olmaq istəyirəm”

2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək və qalib gəlmək istəyirəm.

Bunu “Report”a açıqlamasında Bakıda keçirilən Dünya Kubokunda qızıl medal qazanan Azərbaycanın idman gimnastı Nikita Simonov deyib.

Halqalarla hərəkətlərdə fəxri kürsünün birinci pilləsinə qalxan 28 yaşlı idmançı Milli Gimnastika Arenasında gerçəkləşən yarışla bağlı təəssüratının çox yaxşı olduğunu bildirib:

“Evimizdə, Bakıdakı Dünya Kubokunda mübarizə apardıq. Möhtəşəm turnir idi. Bu ilin ilk yarışında, Almaniyanın Kotbus şəhərində gümüş medal qazanmışdım. Amma bura Bakıdır. Məhz burada qızıl mükafat əldə etmək çox yaxşıdır. Məni dəstəkləyən azarkeşlərə təşəkkür edirəm”.

Qeyd edək ki, Dünya Kubokunda 19 ölkə gimnastları çıxış ediblər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]