Kimlər Həcc ziyarətinə buraxılmır? – QMİ-dən CAVAB

Yanvarın 21-dən Həcc ziyarətinə getmək istəyən vətəndaşların qeydiyyatına başlanılıb. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.

Zəvvarlar üçün ayrılan kvotanın sayı məlum deyil, ancaq ötən illə müqayisədə daha az olduğu bildirilir. Qeyd edək ki, 2024-cü ildə Həcc ziyarəti üçün kvota 1500 nəfər olub.

Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri Modern.az-a açıqlamasında bildirib ki, həcc ziyarətinə getmək üçün qeydiyyatdan keçənlər əsasən gənclərdir: “Cins nisbətinin isə həmişəki kimi 30% qadınlar, 70% kişilər olması gözlənilir”

V.Cahangiri bildirib ki, səhhətində ciddi problemi olan şəxslərin Səudiyyə Ərəbistanından gələn göstərişlərə görə, ziyarətə getməsinə icazə verilmir:

“Buraya dializ xəstələri, ürək, böyrək çatışmazlığı olan, xərçəng xəstəliyindən əziyyət çəkən, ümumən ciddi xroniki xəstəlikləri olan şəxslər daxildir. Hələlik həmin xəstəliyi olan şəxslər tərəfindən müraciət daxil olmayıb. Bununla yanaşı körpə uşaqların da ziyarətə aparılmasına icazə verilmir”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]