“Sülh sazişi imzalanmağa hazırdır” – Ermənistan XİN

Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla sülh sazişinin bütün maddələrinin razılaşdırıldığını təsdiq edib.

Ermənistan XİN bu barədə bəyanat yayıb. 

Bildirilib ki, Ermənistan XİN diplomatik kanallar vasitəsilə sülh sazişində razılaşdırılmayan iki maddə üzrə Azərbaycanın təklifini qəbul etdiyini Bakıya çatdırıb. 

“Sülh sazişi imzalanmağa hazırdır. Ermənistan sazişin imzalanma yeri və tarixi barədə Azərbaycanla konsultasiyaları başlatmağa hazırdır”, – deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov Bakı və İrəvan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesinin artıq yekunlaşdığını açıqlayıb.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]