Cənubi Koreyada meşə yanğınları nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb

Cənubi Koreyada meşə yanğınlarında ölənlərin sayı 26 nəfərə çatıb.

Bu barədə “Yonhap” agentliyi hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Həmçinin 30 nəfərin xəsarət aldığı, 37 minə yaxın insanın evlərini tərk etməyə məcbur olduğu bildirilib.

Məlumata görə, 325 obyekt, o cümlədən 117 yaşayış evi yanğından zərər çəkib.

Ölkənin cənub-şərqində meşə yanğınları martın 21-də başlayıb. Hökumət üç bölgədə – Ulsan şəhəri, Kyonsan-Pukto və Kyonsan-Namdo əyalətlərində fəlakət rejimi elan edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]