Baş nazir: ABŞ-yə etibar edə bilmərik

Kanada ABŞ administrasiyasının mövcud siyasəti fonunda öz iqtisadi strategiyasını nəzərdən keçirəcək. 

Bunu Kanadanın baş naziri Mark Karni Kanada-ABŞ münasibətlərində yaranmış vəziyyəti şərh edərkən deyib. 

Baş nazirin sözlərinə görə, Ottava ilə Vaşinqton arasında əvvəlki münasibətlər mümkün deyil və bu, onun Amerika bazarından asılılığını azaltmaq üçün digər bazarlara üz tutmaqla müstəqilliyini artıracaq.

“Biz artıq ABŞ ilə ticarət əlaqələrinə əvvəlki kimi etibar edə bilmərik”, – Karni qeyd edib. 

O, Kanadanın dünyanın digər regionlarında ticarət bazarlarına keçməyi planlaşdırdığına aydınlıq gətirib. “Biz avtomobil sənayesi üçün komponentlərdən tutmuş polad, alüminium və kritik minerallara qədər tam Kanada tədarük zənciri yaradacağıq”, – Karni deyib. 

Mark Karni həmçinin yaranmış vəziyyətlə əlaqədar olaraq ABŞ prezidenti Donald Trampla telefon danışığı keçirəcəyini də açıqlayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]