BDYPİ dumanlı havaya görə sürücülərə xəbərdarlıq edib

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq edib.

Xəbərdarlıqda qeyd olunub ki, hazırda dumanlı hava şəraiti ilə əlaqədar bir sıra magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşıb.

“Dumanlı hava sürücünün görünüş dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinə, o cümlədən zəncirvari toqquşmalara zəmin yaradır. Baş Dövlət Yol Polisi İdarəsi hazırda əhalinin bayram tətilindən daimi yaşayış yerlərinə qayıtmaları səbəbindən yollarda hərəkət intensivliyinin artmasını da nəzərə alaraq, sürücülərdən dumanlı havalarda sürət həddini minimuma endirməyi, daha çox ara məsafəsi saxlamağı, xarici işıq cihazlarının sazlığından əmin olmağı, ötmə, manevr etmə, dayanma, durma, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi xahiş edir”, – bildirilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]