Bu, xalqımıza qarşı yeni soyqırımıların baş verməməsinə təminatdır – Spiker

Dünən ölkəmizdə azərbaycanlıların soyqırımı günü qeyd edilib. Erməni şovinistlərinin vəhşiliyinin qurbanı olan 10 minlərlə insanın xatirəsi ehtiramla yad edilib.

Bunu Milli Məclisin bu gün keçirlən plenar iclasında çıxışı zamanı parlamentin spikeri Sahibə Qafarova bildirib.

Spiker qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi və birgünlük antiterror tədbirləri ilə ölkəmizin ərazi bütövlüyü, suverenliyi bərpa edilib.

“Etnik təmizləmələr, soyqırımı silsilələrinə, 200 il ərzində torpaq itkilərinə son qoyulub. Bu, xalqımızın bir daha soyqırımına məruz qalması üçün bu,ən yaxşı təminatdır”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]