Gürcüstanda “xarici agentlər” barədə daha bir qanun qəbul edildi

Gürcüstan parlamenti “Xarici agentlərin qeydiyyatı barədə Akt” haqqında qanunu üçüncü və yekun oxunuşda qəbul edib.

Bu barədə qərar Gürcüstan parlamentinin bu gün keçirilən plenar iclasında qəbul edilib. 

86 deputat qanun layihəsinin lehinə səs verib, əleyhinə çıxış edən isə olmayıb. 

Qeyd edək ki, sözügedən qanun ABŞ-də qüvvədə olan FARA (Foreign Agents Registration Act) adlı qanunun analoqu hesab edilir.

Sənədin müəlliflərindən biri, parlamentin hüquqi məsələlər komitəsinin sədri Arçil Qorduladze bildirib ki, “xarici agentlər” haqqında yeni qanun daha əvvəl qəbul edilən “Xarici təsirin şəffaflığı haqqında” qanundan fərqli olaraq Gürcüstan Ədliyyə Nazirliyinin reyestrində qeydiyyata düşməkdən yayınan və xaricdən maliyyə yardımı alan hüquqi və fiziki şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutur.

Onu da xatırladaq ki, Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” Qanun 2024-cü il avqustun 1-də qüvvəyə minib. Qanun xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını və illik bəyannamələrin doldurulmasını nəzərdə tutur. Layihənin parlamentdə müzakirəyə çıxarılması, daha sonra isə qəbulu ölkədə kütləvi etiraz aksiyalarına və etirazçılarla polis arasında qarşıdurmalara səbəb olmuşdu.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]