Zelenski: ABŞ-nin Rusiyaya təzyiq göstərməsi atəşkəsə gətirib çıxara bilər

Rusiya Ukrayna ilə tam atəşkəsə əlavə şərtlər olmadan razılıq verə bilər, lakin bunun üçün ABŞ təzyiq göstərməlidir.

Bunu ölkə Prezidenti Volodimir Zelenski bildirib.

“Ukrayna tam və qeyd-şərtsiz atəşkəsə hazır olduğunu nümayiş etdirib və bunu hamı vurğulayır. Amerikalıların gücləndirilmiş təzyiqi və Rusiya tərəfi ilə dialoqu atəşkəsə gətirib çıxaracaq”, – o qeyd edib.

Prezident həmçinin bildirib ki, Ukrayna atəşkəs üçün Rusiyaya qarşı sanksiyaların ləğv edilməsinə qarşıdır. Avropa İttifaqı ölkələri də bu mövqeni dəstəkləyir.

Qeyd edək ki, Ukrayna və ABŞ rəsmiləri martda Səudiyyə Ərəbistanında keçirilən görüşdə Ukrayna və Rusiya arasında 30 günlük atəşkəs təşəbbüsünü müzakirə ediblər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]