Sahibə Qafarovanın Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə sədrlik müddəti uzadılıb

Milli Məclisin sədri Sahibə Qafarovanın Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə sədrliyinin növbəti 3 illik dövr üçün yenilənməsi ilə bağlı qərar qəbul olunub.

Bununla bağlı Özbəkistanın paytaxtı Daşkənd şəhərində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransında müzakirə aparılıb.

Qeyd edilib ki, həmçinin sədr müavinlərinin də səlahiyyət müddəti növbəti dövr üçün artırılacaq.

Konfransda bununla bərabər, Şəbəkəyə üzv parlamentlərin yekdil mövqeyini ifadə edən və bir sıra mühüm müddəaların əks olunduğu Daşkənd Bəyannaməsi qəbul olunub. Bəyannamədə digər məsələlərlə yanaşı, Parlament Şəbəkəsinin institusional çərçivəsinin daha da inkişaf etdirilməsi, o cümlədən, büro və daimi komitələrin fəaliyyətinin təmin olunması, Şəbəkənin mənzil qərargahının yaradılması istiqamətində müzakirələrin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Sənəddə, həmçinin Bakı İqlim Birliyi Paktı və COP29-un mühüm nəticələri, Qoşulmama Hərəkatına üzv dövlətlərdə öz yaşayış yerlərini zor gücü ilə dəyişməyə məcbur qalmış şəxslərin, o cümlədən, Qərbi azərbaycanlıların öz evlərinə sülh yolu ilə təhlükəsiz şəraitdə və ləyaqətlə geri qayıdışı hüququna dəstək ifadə edilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]