AFFA hakimi təhqir edən baş məşqçini 5 oyunluq diskvalifikasiya edib

AFFA U-11 Liqasında hakimi təhqir edən “World Stars FA” komandasının baş məşqçisi Çıraq Behbudov 5 oyunluq diskvalifikasiya edilib.

Bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Mütəxəssis İCBFA – “World Stars FA” görüşünün 48-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırılıb.

AFFA Region Liqasında keçirilən “Masallı” – “Salyan” matçında isə qonaq komandanın üzvü Kamran Kərimov 56-cı dəqiqədə təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Futbolçu bu səbəbdən 4 oyunluq diskvalifikasiya olunub.

AFFA Region Liqasında keçirilən “Göyəzən” – “Veteran Tankçılar Gəncə” matçının 85-ci dəqiqəsində qonaq komandanın üzvü Hüseyn Quliyev hakimləri təhqir edib. Qırmızı vərəqə ilə meydandan kənarlaşdırılan futbolçu 4 oyunluq cəza ilə üzləşib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]