İran-ABŞ danışıqlarını onlar APARACAQ

İranın xarici işlər naziri Abbas Araqçi və ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff Tehran və Vaşinqton arasında şənbə günü Omanda baş tutacaq dolayı danışıqlarda iştirak edəcəklər.

Bu barədə “Nour News” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Tərəflər arasında birbaşa dialoq istisna olunduğu üçün danışıqlar Omanın xarici işlər naziri Bədr Əl-Busəidinin vasitəçiliyi ilə aparılacaq.

A.Arakçi daha əvvəl bildirmişdi ki, İran və ABŞ rəsmiləri yüksək səviyyəli dolayı danışıqlar üçün şənbə günü Omanda görüşəcəklər.

18 oktyabr 2025-ci ildə ABŞ-ın 2018-ci ildəki sazişdən çıxmasından sonra İranın qismən imtina etdiyi Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) müddəti başa çatır. Üzv ölkələr yeni sənədin olmamasından narahat olduqlarını bildirirlər.

Mart ayında ABŞ prezidenti Donald Tramp İranın ali lideri Xameneiyə məktub göndərərək iki ay ərzində yeni nüvə sazişi bağlamağı təklif edib. O zaman birbaşa danışıqlar aparılmırdı – İran yalnız vasitəçilər vasitəsilə dialoqda israr edir və Omanı vasitəsçi hesab etməyə razıdır. Tehran həmçinin ABŞ-dan sanksiyaların ləğvi də daxil olmaqla, etimad mühiti yaratmasını gözləyir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]