Nazir: Elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması ixtisarlara səbəb olmayacaq

Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması ixtisarlara səbəb olmayacaq.

Bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən “Elm Festivalı”nda çıxışı zamanı deyib.

Nazir bildirib ki, bəzi elmi müəssisələrin birləşdirilərkən ixtisarlar olmayacaq:

“Sərəncama əsasən, bir qisim institutlar birləşdiriləcək. Bu istiqamətdə ixtisarlar nəzərdə tutulmur. Çünki bizin məqsədimiz kiminsə həyatını çətinləşdirmək deyil”.

Qeyd edək ki, aprelin 4-də Prezident İlham Əliyev Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamla oxşar və bir-birini tamamlayan istiqamətlər üzrə fəaliyyət göstərən institutlar birləşdirilərək ixtisaslaşmış 8 institut – Geologiya, Coğrafiya, Fizika, Kimya, Riyaziyyat, Botanika, Canlı Sistemlər və Molekulyar Biologiya institutları yaradılacaq. Eyni zamanda müasir elmi infrastruktur və beynəlxalq standartlara cavab verən 2 yeni elmi müəssisə formalaşdırılacaq. Əlavə olaraq, artıq fəaliyyət effektivliyi zəif olan bəzi elmi-istehsalat birliklərinin fəaliyyətinə xitam veriləcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]