İkili ixtisaslı müəllimlərə şad xəbər – Sertifikasiyadan bir fənnən imtahan verəcəklər

“İkili ixtisasa malik müəllim yalnız bir ixtisas üzrə sertifikatlaşdırmadan keçibsə, bu, onun növbəti beş il ərzində pedaqoji fəaliyyətini davam etdirməsinə imkan verir. Əsas meyar kimi müəllimin işə qəbul olunduğu ixtisas götürülür. Bu, eyni zamanda, qanunvericiliyin tələbidir”.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdir müavini Nurlan İsmayıllı deyib.

“Məsələn, fizika-riyaziyyat ixtisası üzrə çalışan bir müəllim ötən il riyaziyyat fənni üzrə sertifikatlaşdırmadan uğurla keçibsə, artıq bu il fizika fənni üzrə həmin prosesə cəlb olunmayacaq. Bu halda müəllim qarşıdakı beş il ərzində hər iki fənni tədris etmək hüququna malik olacaq”, – o bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]