“Bu dəmir yolu bizə milyardlar gətirəcək” – Paşinyan Zəngəzur dəhlizindən danışdı

“Bizə sağ qalmaq yox, yaşamaq lazımdır”.

Bu sözləri baş nazir Nikol Paşinyan Zəngəzur vilayətinə səfəri zamanı Meğri icmasının Nrnadzor kəndinin sakinləri ilə görüşündə bildirib.

“Bu dəmir yolu bizə zərər verməyəcək, əksinə, bizə milyardlarla mənfəət, təhlükəsizlik, suverenlik, ərazi bütövlüyü, yurisdiksiya və qarşılıqlılıq gətirəcək”, – deyə Nikol Paşinyan Meğridən keçən dəmir yoluna işarə edərək bildirib.

Qeyd edək ki, Meğri dəmir yolu Azərbaycanın israrla açılmasını istədiyi Zəngəzur dəhlizindən keçir. Bu yolun aşılması ilə Azərbaycanın Qərb rayonlarının Naxçıvan MR-lə əlaqəsi təmin olunacaq

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]