XİN rəhbəri: Ermənistanla kommunikasiyaların açılması təklifini Azərbaycan irəli sürüb

Kommunikasiyaların açılması təklifini Ermənistan deyil, Azərbaycan tərəfi irəli sürüb.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatik Forumu çərçivəsində keçirilən “Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar” mövzusunda panel müzakirəsində bildirib.

C.Bayramov qeyd edib ki, kommunikasiyaların açılması məsələsi 2020-ci ilin noyabrında Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyannamədə əks olunub.

“İki ölkə arasında kommunikasiyanın açılması ilə bağlı ümumi bəyanat, həmçinin Azərbaycanın qərb sərhədlərindən Naxçıvan Muxtar Respublikasına maneəsiz keçid haqqında konkret qeyd mövcuddur”, – XİN rəhbəri vurğulayıb.

O xatırladıb ki, hələ sovet dövründə bütün Azərbaycan ərazisini birləşdirən dəmir yolu olub: “Bu yol sovet dövründə Azərbaycan dəmir yolu sisteminin bir hissəsi idi. 2021-ci ilin yanvarında aparılan və aktiv fazası məlum olduğu kimi, 2023-cü ilə qədər davam edən danışıqlar zamanı biz vəziyyətin həlli üçün dəfələrlə təkliflər irəli sürdük”.

C.Bayramovun sözlərinə görə, lakin Azərbaycanın konstruktiv yanaşmasına baxmayaraq, Bakı hər dəfə 2020-ci il razılaşmalarına əsaslanan həllər təklif edəndə, onlar şübhə altına alınırdı.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]