Artur Abramyan: Yerevandan göndərilən pulları Köçəryan qəbul edir, paylamaq üçün Petrosyana verirdi

Murad Petrosyanın qrupunda “Əfqan” ləqəbli Artur, həmçinin Sasun, Aşot, Samvel və Karo adlı erməni şəxslər də olub.

Bu sözlər bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində iş üzrə şahid qismində dindirilmiş Artur Abramyanın ifadəsində yer alıb.

O, Samveldən eşidib ki, Şuşa şəhərinə raketi Topxana meşəsindən sonuncunun özü, Aşot, Karo, Sasun və Artur atıblar. Onların məqsədi Şuşa şəhər əhalisini məhv etmək olub. Azərbaycan ərazilərində olan erməni silahlı birləşmələrinə maddi yardım Yerevan şəhərindən edilib, pul vəsaitlərini Ermənistan Ali Sovetinin sədri Ter-Petrosyanın müavini Vazgen Manukyan öz adamları vasitəsilə helikopterlə Azərbaycanın suveren ərazilərinə göndərib. Pulları Xankəndidə Robert Köçəryan qəbul edərək paylayıb. Robert Köçəryan onun yanında Murad Petrosyana dəfələrlə pul verib.

M.Petrosyan isə həmin vəsaitləri Azərbaycan torpaqlarında fəaliyyət göstərən erməni silahlı birləşmələrinin üzvlərinə paylayıb. 1989-cu il oktyabrın əvvəllərində M.Petrosyan özünə məxsus qrupun üzvləri olan Akop, Abo, Slavik, Aşot və Qaqo ilə görüşüb, Şuşa şəhərini blokadaya salmaq üçün onların yol üzərindəki körpünü partlatmalı olduqlarını deyib.

1991-ci il iyunun 28-də və 29-da şahid qismində videoçəkilişlə keçirilmiş əlavə dindirmə zamanı Artur Abramyan ilkin ifadəsi ilə oxşar məzmunlu ifadə verib. O, ifadəsində bir daha münaqişə zamanı Azərbaycan ərazilərində qanunsuz silahlı birləşmələrə maddi yardımın Ermənistan Ali Sovetinin sədri Ter-Petrosyanın müavini Vazgen Manukyan tərəfindən edildiyini, pul vəsaitlərini Xankəndidə Robert Köçəryanın qəbul etdiyini bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]