Azərbaycan-Qırğızıstan İnkişaf Fondunda İdarə Heyətinin həmsədri dəyişib

Almaz Mambetov Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun İdarə Heyətinin həmsədri vəzifəsindən azad edilib.

Bu barədə Qırğızıstan KİV-ləri bu ölkənin Nazirlər Kabinetinin müvafiq sərəncamına istinadən məlumat yayıb.

Məlumata görə, onun yerinə Zamirbek Osmonov üç il müddətinə təyin edilib. O, əvvəllər İqtisadi sahədə Cinayətlərlə Mübarizə üzrə Dövlət Xidmətinin sədri, Dövlət Vergi Xidmətinin rəhbəri vəzifələrində çalışıb.

Qeyd edək ki, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun nizamnamə kapitalı 25 milyon dollar təşkil edib, 2024-cü ildə onun 4 dəfə – 100 milyon dollara qədər artırılması barədə qərar qəbul olunub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]