Azərbaycanda vəkillrəin sayı AÇIQLANDI

2018-ci ildən etibarən vəkilliyə qəbul üzrə ümumilikdə 14 yazılı test imtahanı keçirilib. Bu dövrdə imtahanlarda iştirak edən 6070 namizəddən 1728 nəfəri uğurlu nəticə əldə edərək icbari təlimləri müvəffəqiyyətlə tamamlayıb və vəkil andı içərək Kollegiya üzvlüyünə qəbul olunub.

Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Kollegiyanın Rəyasət Heyətinin aprelin 18-də keçirilən geniştərkibli iclasında və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimində çıxış edərkən deyib.

O bildirib ki, bugünkü mərasimdə daha 102 namizəd vəkil andı içərək Vəkillər Kollegiyasının üzvü olacaq. Onun sözlərinə görə, bununla da, ölkəmizdə vəkillərin ümumi sayı 2609 nəfərə çatacaq: “Kollegiyanın üzvlüyünə yeni qəbul olunan vəkillərdən 56 nəfəri kişi, 46 nəfəri isə qadındır. Həmin vəkillərdən 11 nəfəri regionlarda, 91 nəfəri isə Bakı şəhərində fəaliyyət göstərəcək. Beləliklə, ölkədə fəaliyyət göstərən qadın vəkillərin sayı 548 nəfərə yüksələrək ümumi vəkillərin 21%-ni təşkil edəcək”, – deyə A.Bağırov diqqətə çatdırıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]