Nuridə Allahyarova “Yeni Klinika”dan AYRILDI


Nuridə Allahyarova TƏBİB-in tabeliyində fəaliyyət göstərən “Yeni Klinika”nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən istefa verib.

Bu barədə Nuridə Allahyarova özü bildirib.

““Yeni Klinika” ilə başlayan iki illik maraqlı yolum yekunlaşdı. Mənim üçün xoş təcrübə oldu. Faydalı olmaq üçün vəsilə olmaq şansı əldə etdim – ən böyük qazancım bu oldu…
…TƏBİB və Yeni Klinika komandasına təşəkkür edirəm. Aramızda işlə bağlı umu-küsü olan media həmkarlarım da oldu, onlar da sağ olsun ki, küsülü olsaq da heç vaxt bundan sui-istifadə edib mövzunu başqa müstəvilərdə davam etmədilər”,- o deyib.

N.Allahyarova daha əvvəl Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri vəzifəsini icra edib. Ondan öncə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, Bakı Nəqliyyat Agentliyində, “BakuBus” MMC-də mətbuat katibi vəzifələrində çalışıb. Daha əvvəllər isə Vergilər Nazirliyi və Binəqədi rayon İcra Hakimiyyətində yüksək vəzifələrdə işləyib.
O, “Space” telekanalında yayımlanan “Prezident vaxtı” verlişinin müəllifi və aparıcısı, ATV kanalında yayımlanan “Birlikdə güclüyük” verlişinin aparıcısı olub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]