Putin Roma Papasının dəfninə gedəcək? – AÇIQLAMA

Rusiya prezidenti Vladimir Putin Roma Papası I Fransiskin dəfn mərasiminə getməyi planlaşdırmır.

Bunu prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

“Prezidentin belə planları yoxdur”, – Peskov deyib.

Rusiyadan Vatikana kimin gedəcəyi ilə bağlı suala prezidentin mətbuat katibi belə cavab verib ki, bu haqda hələlik qərar verilməyib.

Putin dünən Roma Katolik Kilsəsinə teleqram vuraraq başsağlığı verib. “Mənim bu görkəmli insanla bir neçə dəfə ünsiyyət qurmaq imkanım olub və onun ən parlaq xatirəsini əbədi olaraq saxlayacağam”, – o deyib.

Prezident Papanın Pasxa günlərində dünyasını dəyişməsini “xüsusi əlamət” hesab edib. Putin 2015 və 2019-cu illərdə pontifiklə görüşüb.

Papa Fransiskin dəfn mərasimi aprelin 26-da şənbə günü keçiriləcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]