Bu agentlik 295 minlik yeni xidməti maşınlar alır

Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi yeni xidməti avtomobillər sifariş edib.

8 ədəd sedan tipli minik avtomobilinin alınması nəzərdə tutulub.

Məlumata əsasən, sözügedən nəqliyyat vasitələrinin 2024-cü il istehsallı olması, 5 ədədinin rənginin qara, 3-nün isə ağ olması əsas şərtlərdəndir.

Dövlət Ehtiyatları Agentliyinə sözügedən avtomobilləri “Roadster” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) təhvil verəcək və bunun müqabilində 295 min manat alacaq.

Qeyd edək ki, dövlət agentliyinə avtomobilləri təhvil verəcək şirkət – “Roadster” MMC 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan MMC-nin qanuni təmsilçisi Həsənov Ülvi Bəhruz oğludur.(Trend)

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]