İranın Beyrutdakı səfiri Livan XİN-ə çağırılıb

İranın Beyrutdakı səfiri Moctaba Amani Livan Xarici İşlər Nazirliyinə çağrılıb.

Bu barədə cümə axşamı “Al-Arabiya” telekanalı məlumat yayıb.

Səfirdən Tehranın Livanın daxili işlərinə müdaxilə etməməsi tələb edilib.

M.Amani ilə söhbət zamanı Livan hökuməti ölkələrin suverenliyinə dair “diplomatik protokola riayət etməyin” vacibliyini vurğulayıb.

Telekanalın məlumatına görə, daha əvvəl İranın Beyrutdakı səfiri “Hizbullah” hərəkatının tərk-silah olunması ilə bağlı fikir bildirib.

“Tərk-silah layihəsi ölkələrə qarşı açıq sui-qəsddir. ABŞ İsraili ən yeni silahlar və raketlərlə təchiz etməyə davam edir. Bununla yanaşı, müxtəlif bəhanələrlə digər ölkələrə təzyiq göstərir, onları arsenallarını azaltmağa və ya məhv etməyə çağırır”, – telekanal onun sözlərini sitat gətirir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]