Xaçaturyan: Ermənistan Azərbaycanla sülh gündəliyini irəli aparacaq

Ermənistan sülh gündəliyini irəli aparmaq niyyətində qətiyyətlidir və sülh prosesində konstruktiv iştirakını davam etdirəcək.

Bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan gürcüstanlı həmkarı Mixeil Kavelaşvili ilə İrəvanda birgə bəyanatında bildirib.

O xatırladıb ki, Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətni razılaşdırılıb və imzalanmağa hazırdır. Prezidentin sözlərinə görə, Ermənistan tərəfi Azərbaycanla hərtərəfli sülh quracağına ümid edir.

“Ermənistan Gürcüstanın Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə, eləcə də Ermənistan və Azərbaycan arasında sülh prosesinin dəstəklənməsinə yönəlmiş səylərini yüksək qiymətləndirir. Biz Gürcüstanın üçtərəfli əməkdaşlıq platformalarının yaradılması təşəbbüslərini alqışlayır, əməkdaşlıq yollarının tapılmasında və birgə iqtisadi layihələrin həyata keçirilməsində Gürcüstanın rolunu qiymətləndiririk”, – o qeyd edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]