Dəkkə Azərbaycanın Banqladeşdə diplomatik nümayəndəliyinin açılmasına ümid edir

Banqladeş Azərbaycanın bu ölkədə diplomatik nümayəndəliyinin açılmasında maraqlıdır.

Bu barədə ölkənin xarici siyasət idarəsinin rəhbəri Caşim Uddin Azərbaycanla XİN-lərarası siyasi məsləhətləşmələrin ikinci raundu zamanı bildirib.

Azərbaycan tərəfindən görüşdə xarici işlər nazirinin müavini Elnur Məmmədov iştirak edib.

“Məsləhətləşmələr zamanı tərəflər ikitərəfli münasibətlərin bütün spektrini müzakirə ediblər. Siyasi, iqtisadi, mədəni və çoxtərəfli sahələrdə əməkdaşlığın artan dinamikasından məmnunluqlarını ifadə ediblər. Nazir C.Uddin Azərbaycanın Dəkkədə diplomatik nümayəndəliyinin (hazırda Azərbaycanın Hindistandakı səfiri eyni zamanda Banqladeşdə akkreditə olunub) açılmasının vacibliyini bir daha vurğulayıb”, – məlumatda bildirilib.

Bildirilib ki, XİN-lərarası ikitərəfli siyasi məsləhətləşmələrin növbəti raundu Bakıda keçiriləcək.

Nazir həmçinin Azərbaycanın qlobal iqlim gündəliyinin irəli aparılmasında aparıcı rolunu yüksək qiymətləndirib.

“O, həmçinin Azərbaycana səfər etmək istəyən Banqladeş vətəndaşları üçün viza ilə bağlı mövcud problemin münasib həllinin tapılmasına çağırıb. Görüşün yekunları üzrə tərəflər bir sıra memorandumların, o cümlədən diplomatlar və dövlət qurumlarının nümayəndələri üçün vizasız rejimin tətbiqi haqqında memorandumun imzalanması barədə razılığa gəliblər”, – qurumdan bildirilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]