Suqovuşanda “Prezident Kuboku-2025” beynəlxalq turnirinə start verilir

Bu gün akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku-2025” beynəlxalq turnirinə start veriləcək.

“Report”un yarışa ezam olunan əməkdaşının məlumatına görə, reqatada 20 ölkədən 200-dən çox idmançı mübarizə aparacaq.

Turnir Qarabağın dilbər guşəsi olan Suqovuşanda başlayacaq. Burada ilk olaraq beynəlxalq reqatanın açılış mərasimi, ardınca 200 metr məsafəyə yarışlar baş tutacaq.

“Prezident Kuboku-2025” turnirinə Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan avarçəkənlər qatılıblar.

Qeyd edək ki, reqata mayın 1-2-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə müxtəlif məsafələrdə mübarizə aparacaqlar.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]