DİM qəbuldakı dəyişikliklərlə bağlı – Məlumat yaydı

Xəbər verdiyimiz kimi, “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda bəzi dəyişikliklər edilib.

Dövlət İmtahan Mərkəzi (DİM) həmin dəyişikliklərlə bağlı məlumat yayıb.

Bildirilib ki, əsas dəyişiklik Qaydaların 1.2. 2.3-2. bəndinə əsasən, iştirakçıların hər sessiyada ali təhsil müəssisələrinə imtahanda iştirak üçün qeydiyyatı zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan iki altqrupdan birini seçmələri ilə bağlıdır.

Lakin bir daha diqqətinizə çatdırırıq ki, həm Rİ, həm də RK altqrupu üzrə imtahan vermək istəyən abituriyentlər hər imtahan sessiyasında bir altqrup üzrə seçim etməklə (məsələn, yaz imtahan sessiyasında RK, yay imtahan sessiyasında Rİ) ümumi müsabiqə şərtlərini ödədikləri halda, hər iki altqrupa aid ixtisasları yenə də seçə bilərlər.

Bundan başqa, “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na 1 saylı əlavə “İxtisas qrupları və ixtisaslar” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 2 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı”na uyğunlaşdırılıb. Uyğunlaşdırma zamanı müvafiq ixtisas qruplarına aşağıdakı yeni ixtisaslar əlavə edilib:

I ixtisas qrupu üzrə:

Riyaziyyat-kimya (RK) altqrupuna:

– Riyaziyyat və fizika müəllimliyi;

– Xüsusi rabitə vasitələri mühəndisliyi;

– Kənd təsərrüfatı texnologiyaları;

– Qida texnologiyaları;

– Heyvandarlıq.

Riyaziyyat-informatika (Rİ) altqrupuna:

– Data analitikası;

– Proqram təminatı mühəndisliyi.

III ixtisas qrupunun Dil-tarix (DT) altqrupu üzrə:

– Xüsusi pedaqogika;

– Kommunikasiya və rəqəmsal media;

– Dövlət təhlükəsizliyi və idarəetmə.

IV ixtisas qrupu üzrə:

– Qidalanma və diyetologiya.

V ixtisas qrupu üzrə:

– Adaptiv bədən tərbiyyəsi;

– Kütləvi sağlamlaşdırıcı idman;

– Ümumi fiziki hazırlıq.

“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişikliklərin tam mətni ilə buradan tanış ola biərsiniz.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]